Naina Yeltsina Sergey Filatovun dəfn mərasiminə - GETMƏDİ - SƏBƏB
Dünya
Boris Yeltsinin həyat yoldaşı Rusiya administrasiyanın keçmiş rəhbəri Sergey Filatovun vida mərasimində iştirak edə bilməyib.
News24.az xəbər verir ki, Naina Yeltsina yas mərasiminə məktub göndərdi və onu dəfn rəhbəri oxuyub.
“Sergey Aleksandroviç gözəl insan idi. Onun xatirəsi bizim qəlbimizdə əbədi qalacaq”, - deyə Naina Yeltsina yazıb.
Rusiyanın ilk prezidentinin xanımının xatirələrinə görə, Filatov həmişə vicdanına uyğun yaşayıb və ölkə 90-cı illərin əvvəllərində böyük islahatların astanasında olanda öz həyat yolunun seçiminə şübhə etmirdi.
Yeltsina ərinin Sergey Filatov kimi insanları yüksək qiymətləndirdiyini qeyd edib.
Aynurə