Narkotik axtarırdılar, elə bir şey tapdılar ki… – FOTO

Narkotik axtarırdılar, elə bir şey tapdılar ki… – FOTO Dünya

Fransada polis əməkdaşları narkotik alveri ilə bağlı keçirdikləri əməliyyat zamanı gözlənilməz tapıntı ilə qarşılaşıblar. Araşdırma zamanı ispan rəssamı Pablo Pikassonun oğurlanmış əsəri aşkarlanıb. Rəsmdə onun ilham mənbəyi və muzalarından biri olan Mari-Terez Valter təsvir edilib. Əsərin dəyərinin 12-15 milyon avro olduğu bildirilir.

News24.az xəbər verir ki, istintaq bir neçə aydır narkotik alverində şübhəli bilinən 37 yaşlı şəxslə bağlı aparılırdı. Həmin şəxs Parisdə incəsənət əsərləri və digər qiymətli əşyaların saxlanıldığı şirkətdə mühafizəçi işləyib. O, daha üç nəfərlə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinir.

Polis şübhəlinin bibisinin evində axtarış apararkən oğurlanmış tabloya rast gəlib.

Əsərdə Pikassonun sevgilisi və muzalarından biri olan Mari-Terez Valter təsvir olunub. Pikasso onunla tanış olanda qızın 17, rəssamın isə 45 yaşı olub. Uzun illər davam edən münasibətləri dövründə rəssam onu dəfələrlə öz əsərlərində canlandırıb.

Məlumata görə, əsərin sahibi Sinqapurda yaşayan bir qadındır. O, tablonun mühafizə şirkətinin anbarında təhlükəsiz şəkildə saxlanıldığını düşünüb. Şübhəli şəxs isə oğurluğu etiraf edib və polisə bildirib ki, məqsədi şirkətin təhlükəsizlik sistemindəki boşluqları göstərmək olub.

Məlumata görə, polis əməkdaşları Pikasso əsəri ilə yanaşı, 17 kiloqram kannabis, 200 min avro dəyərində lüks geyimlər və minlərlə avro nağd pul da aşkar ediblər.

Hazırda istintaq həm narkotik alveri, həm də oğurluq və oğurlanmış əmlakın satışı şübhələri üzrə davam etdirilir. (Bild)

Narkotik axtarırdılar, elə bir şey tapdılar ki… – FOTO