NASA Ay səyahəti üçün könüllülər axtarır - – Siz də qoşula bilərsiniz!

NASA Ay səyahəti üçün könüllülər axtarır - – Siz də qoşula bilərsiniz! Dünya

NASA 2026-cı ilin aprelində həyata keçiriləcək Artemis II missiyası üçün könüllülər axtarır.

News24.az xəbər verir ki, missiya çərçivəsində 4 astronavt 10 günlük uçuşla Ay ətrafında dövrə vuraraq Yerə qayıdacaq.

Könüllülərin əsas vəzifələri Orion kosmik aparatının siqnallarını izləmək, Doppler məlumatlarını hazırlamaq və xüsusi radio tezliklərini qəbul etmək olacaq. Müraciətlər ABŞ hökumətinin rəsmi portalı vasitəsilə qəbul edilir.

NASA bu təcrübəni 2022-ci ildəki Artemis I missiyasında da sınaqdan keçirib və həmin vaxt 18 könüllü uğurla iştirak edib.

Xeyrənsə Piriyeva