NASA sirli asteroidə yaxınlaşır
Dünya
NASA-nın “Psyche” adlı kosmik aparatı metalla zəngin 16-cı “Psyche” asteroidinə çatmaq üçün səfərini davam etdirir.
News24.az-ın məlumatına görə, kosmik aparat bir neçə gün öncə Mars planetinin yaxınlığından keçərək onun cazibə qüvvəsindən istifadə edib. Bu üsul aparatın sürət qazanmasına və istiqamətini dəyişməsinə imkan verib.
Məlumata görə, aparat Mars səthinin 4500 kilometrliyindən keçib.
2023-cü ilin oktyabrında kosmosa göndərilən “Psyche” günəş enerjisi ilə işləyən elektrik mühərriki və ksenon qazı vasitəsilə hərəkət edir.
NASA asteroidlə əsas qarşılaşmanın 2029-cu ildə baş verəcəyini açıqlayıb.