NATO ən böyük - HƏRBİ TƏLİMİNƏ HAZIRLAŞIR

NATO ən böyük - HƏRBİ TƏLİMİNƏ HAZIRLAŞIR Dünya

Gələn il NATO Soyuq Müharibədən sonra ən böyük birgə hərbi təlimini keçirəcək.

News24.az xarici mediaya istinadən xəbər verir ki, 41 min əsgərin iştirakının planlaşdırıldığı təlimdə Rusiyanın Alyans üzvlərindən birinə qarşı təcavüzü simulyasiya edilərək dəf ediləcək.

“Sabit Müdafiəçi” adlı təlim fevral və mart aylarında Almaniya, Polşa və Baltikyada keçiriləcək.

Təlimdə 500-700 hava döyüş missiyası və 50-dən çox gəminin iştirak edəcəyi gözlənilir.
Günəş Mərd