“Harri Potter” serialının ilk tammetrajlı treyleri yayımlandı
Dünya
“HBO” məşhur “Harri Potter” franşizası əsasında hazırlanan yeni serialın ilk tammetrajlı treylerini təqdim edib.
News24.az xəbər verir ki, serialın ilk bölümünün premyerası 25 dekabr 2026-cı ildə baş tutacaq. Layihənin ümumilikdə 7 mövsümdən ibarət olacağı bildirilir.
Treylerdə Harri Potter, Ron Uizli və Hermiona Qreyncerin yeni aktyor heyətinin canlandırdığı obrazlar, eləcə də Albus Dambldor, Haqrit və Severus Sneyp nümayiş etdirilib.
Treylerdə həmçinin məşhur sehrbazlıq məktəbi Hoqvarts da göstərilib.