Nazir: Hörmüz boğazında 14 türk gəmisi gözləyir

Nazir: Hörmüz boğazında 14 türk gəmisi gözləyir Dünya

Türkiyə şirkətlərinə məxsus 14 gəmi hələ də Hörmüz boğazı ərazisində gözləməkdədir.

News24.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Onun sözlərinə görə, Türkiyəyə məxsus gəmilərdən biri artıq boğazdan təhlükəsiz şəkildə keçə bilib. Buna baxmayaraq, türk şirkətlərinə aid daha 14 gəmi bölgədə gözləməyə məcbur qalıb.

Nazir həmçinin qeyd edib ki, müharibə səbəbindən Türkiyəyə məxsus üç təyyarə də İran və İraq ərazisində qalıb.

Uraloğlu bildirib ki, mövcud vəziyyətlə əlaqədar bəzi obyektlərə müvəqqəti fəaliyyət hüququ verilməsi və onların idarə edilməsinin müəyyən qurumlara həvalə olunması variantı da nəzərdən keçirilir.