Nazir qorxulu ssenarini açıqladı: Müharibə davam edərsə...
Dünya
Qırmızı Dəniz və Hörmüz boğazı ətrafında artan gərginlik qlobal ticarətə və enerji qiymətlərinə ciddi təsir göstərir.
News24.az xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bildirib.
Onun sözlərinə görə, bölgədə yaranan problemlər Asiya ilə Avropa arasında daşımaları çətinləşdirir və nəticədə həm qlobal inflyasiyanı artırır, həm də təchizat zəncirinə mənfi təsir göstərir. Şimşek xüsusilə vurğulayıb ki, müharibə uzanarsa, ciddi inflyasiya riski qaçılmaz ola bilər.
Nazir qeyd edib ki, münaqişələr qısamüddətli olarsa, təsirləri müəyyən qədər idarə etmək mümkündür. Lakin proses uzandıqca, bu təsirlər daha da dərinləşə bilər və Türkiyə iqtisadiyyatına da mənfi təsir göstərə bilər.