NBC News: - Tramp İncilin satışından 300 min dollar qazandı

NBC News: - Tramp İncilin satışından 300 min dollar qazandı Dünya

ABŞ prezidentliyinə namizəd Donald Tramp İncilin nüsxələrinin satışından təxminən 300 min dollar qazanıb.

News24.az xəbər verir ki, bu barədə NBC News maliyyə hesabatlarına istinadən yazıb.

Telekanalın məlumatına görə, Tramp martın sonunda İncil satışına başlayıb. Amerikada dini ruhu yüksəltmək və “onu yenidən möhtəşəm etmək” üçün bir nüsxəsini 60 dollara satıb.

Qeyd edək ki, maliyyə hesabatları Trampın 1 milyon dollardan çox kriptovalyutaya sahib olduğunu da göstərib. 

Məryəm İlhamqızı