Nəhəng çatlar yarandı: Milyonlarla insan risk altındadır

Nəhəng çatlar yarandı: Milyonlarla insan risk altındadır Dünya

Konqo Demokratik Respublikasında şəhər ərazilərinin altından uzanan iri torpaq çatları sürətlə genişlənərək yaşayış məhəllələrini iki hissəyə ayırmağa başlayıb.

News24.az xəbər verir ki, tədqiqatçıların məlumatına görə, 3,2 milyondan çox insan eroziya kanallarının yaxınlığında yaşayır və yağış mövsümlərində bu çatlar daha da dərinləşir.

Onlar bildirirlər ki, çatların ümumi uzunluğu artıq 700 kilometri keçib, paytaxt Kinşasada isə yüzlərlə eroziya kanalı yolları istifadəsiz vəziyyətə salıb. 2004–2023-cü illər arasında bu səbəbdən 118 min nəfər evsiz qalıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, nəzarətsiz şəhərsalma və plansız tikililər bölgədə təhlükəni daha da artırır.