“Nəsə yaxşı bir şey baş verə bilər”: Tramp Cenevrə danışıqları barədə – Foto

“Nəsə yaxşı bir şey baş verə bilər”: Tramp Cenevrə danışıqları barədə – Foto Dünya

“Nəsə yaxşı bir şey baş verə bilər”.

News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Social Truth” sosial şəbəkə hesabında yazıb.

Cenevredə sülh planı ətrafında danışıqların baş tutduğu bir zamanda Ağ Ev rəhbərinin bu paylaşımı diqqət çəkib. Hələ danışıqlar barədə təfərrüatlar və müzakirələrin nəticələri barədə məlumat verilməsə də, Trampın paylaşımı danışıqlar prosesində müsbət dinamikanın yarandığı barədə ehtimalları artırıb.

“Rusiyayla Ukrayna arasındakı sülh danışıqlarında böyük irəliləriş əldə olunması həqiqətən mümkündürmü? Gözünüzlə görməyincə inanmayın, amma nəsə yaxşı bir şey baş verə bilər. Tanrı Amerikanı qorusun!”, – paylaşımda qeyd edilir.

“Nəsə yaxşı bir şey baş verə bilər”: Tramp Cenevrə danışıqları barədə – Foto