"Netanyahu Fələstin dövlətinin tanınmasına razılıq verəcək"

"Netanyahu Fələstin dövlətinin tanınmasına razılıq verəcək" Dünya

"İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin tanınmasına razılıq verəcək".

News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib.

“Onunla bağlı hər şey qaydasındadır. O, müharibə dövrünün baş naziridir”, – deyə Tramp qeyd edib.

Ağ Evin rəhbəri xatırladıb ki, bəzən Netanyahunu müəyyən istiqamətdə bir qədər irəliləməyə təhrik etməli olub.

“Məncə, bu tapşırığın öhdəsindən əla gəlmişəm. O, çox istedadlı bir insandır”, – deyə amerikalı lider vurğulayıb.

Bundan əvvəl Tramp bildirib ki, Yaxın Şərqdəki bəzi ABŞ müttəfiqləri, radikal fələstin hərəkatının sülh razılaşmalarını pozacağı təqdirdə, Qəzza zolağına qoşun yeritməyə hazırdır.