Netanyahu İsraili tərk edir
Dünya
İsrail hökumətinin başçısı Benyamin Netanyahu Livanda hərbi əməliyyatların başlamasına baxmayaraq, BMT Baş Assambleyasının sessiyası üçün Nyu-Yorka səfər edəcək.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə B.Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, onun səfəri 1 gün təxirə salınıb.
“Baş nazir Benyamin Netanyahu BMT-dəki çıxışına bu gün axşam əvəzinə cümə axşamı gedəcək və şənbə günü axşam geri qayıdacaq. Gün ərzində isə Livandakı hücumları müzakirə etmək üçün təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparacaqlar”, - deyə məlumatda deyilir.
Teymur Məmmədov