Netanyahu onu "Mossad"ın rəhbəri təyin etdi

Netanyahu onu "Mossad"ın rəhbəri təyin etdi Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu öz hərbi katibi general-mayor Roman Qofmanın kəşfiyyat xidməti olan "Mossad"ın yeni direktoru vəzifəsinə təyinatını təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə "Times of İsrael" məlumat yayıb.

Bildirilib ki, R. Qofman iyunun 2-də "Mossad" direktoru kimi beş illik vəzifəsinin icrasına başlayacaq.

Netanyahu Qofmanın təyinatı haqqında rəsmi məktub imzalayıb.

Qeyd edək ki, onun təyinatı 2025-ci ilin 4 dekabrından gündəmdədir və o, beşillik səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatacaq David Barneanı əvəz edəcək.