Netanyahu Trampla telefonla danışdı

Netanyahu Trampla telefonla danışdı Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı Baş nazirin ofisi yayıb.

Açıqlamaya görə, tərəflər HƏMAS-ın silahsızlaşdırılması və Qəzza zolağının demilitarizasiyasını müzakirə ediblər. Həmçinin, Tramp Netanyahunu yaxın gələcəkdə Ağ Evdə görüşə dəvət edib, lakin dəqiq tarix göstərilməyib.