“Netanyahunu əfv edin” - Tramp

“Netanyahunu əfv edin” - Tramp Dünya

ABŞ Prezidenti Donald Tramp İsrail dövlət başçısı İsaak Hersoqa məktub göndərib. Məktubda o, hazırda korrupsiya ittihamı ilə mühakimə olunan baş nazir Binyamin Netanyahunun əfv edilməsini xahiş edib.

News24.az-ın məlumatına görə, bu barədə xarici KİV-lər xəbər yayıb.

İsrail Prezident Administrasiyasının açıqlamasında bildirilir ki, Tramp məktubunda İsrail ədliyyə sisteminə hörmət etdiyini vurğulasa da, Netanyahunun “siyasi və ədalətsiz bir təqiblə” üzləşdiyini bildirib.

Tramp məktubunda yazıb:

“İsrailin müstəqil ədalət sisteminə tam hörmətim var. Lakin uzun illərdir İsrail üçün İran kimi çətin düşmənlərə qarşı mübarizə aparan Binyamin Netanyahuya qarşı aparılan bu işin siyasi motivli olduğunu düşünürəm".

Qeyd edək ki, Netanyahu hazırda İsraildə davam edən korrupsiya işi çərçivəsində rüşvət və etimadı sui-istifadə maddələri ilə mühakimə olunur.