Netanyahunun BMT-dəki çıxışına Fələstindən - CAVAB

Netanyahunun BMT-dəki çıxışına Fələstindən - CAVAB Dünya

Fələstin rəhbərliyi İsrailin baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışına reaksiya verib. 

News24.az xarici mediaya istinadən xəbər verir ki, Fələstin Rəyasət Heyətinin sözçüsü Nabil Əbu Rudeyne qeyd edib:

“Beynəlxalq qərarlar və Ərəb Sülh Təşəbbüsünə uyğun olaraq Fələstin xalqının razılığı və tələbləri olmadan bölgədə sülh və sabitlik olmayacaq. Əksini düşünənlər səhv edirlər". 

Qeyd edək ki, daha öncə öncə Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-ın Nyu-York şəhərində keçirilən 78-ci Baş Assambleyasında çıxışında İsrail ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin normallaşma mərhələsində olduğunu bildirib və İsrail ilə Səudiyyə Ərəbistanı arasında sülhün yeni bir Yaxın Şərq yaradacağına inandığını deyib. 

Günəş Mərd