Netanyahunun həyat yoldaşı ilə bağlı QƏRAR VERİLDİ
Dünya
İsrailin Baş nazir Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ömrünün sonunadək dövlət mühafizəsi xidməti ilə təmin olunacaq.
News24.az xəbər verir ki, yerli medianın məlumatına görə, bu barədə İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) qərar verib. Qərara əsasən, Netanyahunun oğulları Yair və Avner Netanyahu da beş il dövlət mühafizəsi ilə təmin olunacaqlar.
Məlumata görə, qərar müvafiq Nazirlər Komitəsi tərəfindən təsdiqlənib. İsrail mediası bu qərarın ölkədə müzakirələrə səbəb olduğunu bildirib.