Netanyahunun sui-qəsd siyahısı: Dünya bu fotodan danışır

Netanyahunun sui-qəsd siyahısı: Dünya bu fotodan danışır Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ölməsi ilə bağlı yayılan şayiələrə reaksiya verib.

News24.az xəbər verir ki, o, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi ilə birlikdə çəkilmiş görüntülərini yayımlayaraq həm sağ olduğunu göstərib, həm də mesaj verməyə çalışıb.

Videoda Netanyahu cibindən çıxardığı kağızı sui-qəsd siyahısı kimi təqdim edərək “adları siyahıdan silmək yaxşıdır, bunu amerikalı dostlarımızla çiyin-çiyinə etmək daha da yaxşıdır” fikrini səsləndirib. Bu açıqlama beynəlxalq mediada geniş rezonans doğurub və müxtəlif müzakirələrə səbəb olub.

Mayk Hakabi isə buna zarafatla cavab verərək “xoşbəxtlikdən, mənim adım o siyahıda yoxdur” deyib. Onun bu qeyri-adi reaksiyası da diqqət çəkərək xəbərlərin əsas detalları sırasında yer alıb.

Qeyd edək ki, regionda vəziyyət gərgin olaraq qalır. İsrail–İran qarşıdurması artıq bir neçə həftədir davam edir və tərəflər arasında qarşılıqlı hücumlar səngimir.