Netflix qiymətləri qaldırır

Netflix qiymətləri qaldırır Dünya

UBS Securities analitikləri Netflix-in gəlir və mənfəət artımını sürətləndirmək üçün 2024-cü ildə qiymətləri qaldıracağını bildiriblər.

News24.az xəbər verir ki, bu barədə Variety məlumat yayıb.

Analitiklərin fikrincə, qiymət artımı, reklam planlarından əldə olunan gəlir və abunəçilərin sayında davamlı artım sayəsində striminq xidmətinin ümumi gəliri 2023-cü ildəki 7% artımla müqayisədə 2024-cü ildə 15% artacaq.

Oktyabr ayında şirkət ABŞ, Böyük Britaniya və Fransada əsas abunə planı üçün qiymətləri 9,99 dollardan 11,99 dollara qaldırdı. Şirkət qiymətlərin daha əvvəl qaldırılmasının planlaşdırıldığını, lakin o zaman hesabların ödənişli paylandığını qeyd edib.

Mehriban Mirzəzadə