İngiltərə Rusiyanın Olimpiadada iştirakının qarşısını almaq üçün bu yola əl atdı

İngiltərə Rusiyanın Olimpiadada iştirakının qarşısını almaq üçün bu yola əl atdı Dünya
Böyük Britaniya hökuməti Rusiya və Belarus idmançılarının hətta neytral statusda olsa belə Parisdə keçiriləcək olimpiya oyunlarına qatılmağa icazə verilməməsi üçün olimpiadanın ən böyük sponsorlarına məktub göndərib.  Sponsorlar Beynəlxalq Olimpiya Komitəsinə təzyiq göstərməyə çağırılıb.

News24.az xəbər verir ki, məktubda  Rusiya və Belarusda idman və siyasət bir-biri ilə sıx bağlı olduğu qeyd edilib.

Həmçinin bildirilib ki, Rusiya və Belarusun idmandan öz təbliğat məqsədləri üçün istifadəsinə icazə verilməməlidir. /The Guardian/

Teymur MƏMMƏDOV