Nişanlanmaq üçün vətəninə gələn 25 yaşlı Yaşar öldürüldü – - FOTO

Nişanlanmaq üçün vətəninə gələn 25 yaşlı Yaşar öldürüldü – - FOTO Dünya
Martın 25-də Gürcüstanın paytaxtı Tiflis şəhərində 25 yaşlı azərbaycanlı oğlan öldürülüb.

News24.az xəbər verir ki, Bolnisinin Mığırlı kəndindən olan Yaşar Bayramov Tiflisdəki gecə klublarından birində baş vermis dava-dalaş zamanı bıçaqlanaraq qətlə yetirilib.

Bildirilib ki, Yaşar hadisədən 3 gün əvvəl Polşadan gəlibmiş. Onun hadisədən 1 gün sonra nişanı olmalı imiş.

Məlumata görə, təxminən 10 il əvvəl Yaşarın qardaşı Ruhin Bayramov da Bakıda bıçaqlanaraq öldürülüb.
 
Artıq hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Nişanlanmaq üçün vətəninə gələn 25 yaşlı Yaşar öldürüldü – - FOTO