Nobel mükafatı laureatının gizli qaçışı: Maçado Osloya necə gedib?
Dünya
Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçadonun Venesueladan qaçışı olduqca çətin olub. Öncə o, parik və başqa geyimlərlə maskalanaraq Venesuelanın paytaxtı Karakasdakı gizləndiyi yerdən çıxıb.
News24.az xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Maçado Venesuelanı qayıqla tərk edib. Bu əməlliyyatı isə ABŞ xüsusi təyinatlılarının keçmiş döyüşçüsü Brayan Stern (o həm də beynəlxalq səviyyədə münaqişə zonalarında, təbii fəlakət yerlərində və hökumətin “əlinin çatmadığı” təhlükəli ərazilərdə xilasetmə əməliyyatları həyata keçirən “Grey Bull Rescue Foundation” rəhbəridir – red.) idarə edib. O, şəxsi gəmisində Maçadonu qarşılayıb və onlar birlikdə 13–14 saatlıq gizli marşrutla naməlum nöqtəyə doğru yol alıblar. Buradan isə Maçado Osloya uçub.
“Bizim xilas etdiyimiz ilk Nobel laureatıdır. Statusu və əhəmiyyəti bu qədər yüksək olan birini indiyə qədər heç vaxt xilas etməmişdik”, – Stern bildirib.