Nüvə masası yenidən qurulur: Araqçi danışıqlar üçün Omana yola düşdü

Nüvə masası yenidən qurulur: Araqçi danışıqlar üçün Omana yola düşdü Dünya

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ ilə nüvə danışıqları aparmaq üçün diplomatik nümayəndə heyətinə rəhbərlik edərək Oman paytaxtı Maskata yola düşüb.

News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Xatırladaq ki, ABŞ və İran rəsmiləri cümə günü Omanda danışıqların keçiriləcəyi barədə razılığa gəliblər. Bu, tərəflər arasında ciddi fikir ayrılıqları fonunda baş verir. Vaşinqton danışıqlara Tehranın raket arsenalının da daxil edilməsində israr edir, İran isə yalnız nüvə proqramının müzakirə olunacağını bəyan edir.

XİN sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran danışıqlarda qətiyyətlə və nüvə məsələsi üzrə ədalətli, qarşılıqlı qəbul edilə bilən və ləyaqətli razılaşma əldə etmək məqsədi ilə iştirak edəcək.

“Ümid edirik ki, Amerika tərəfi də bu prosesdə məsuliyyət, reallıq və ciddi yanaşma nümayiş etdirəcək”, – deyə o əlavə edib.