"Nüvə proqramımızı məhv edə bilməyiblər”
Dünya
“Onlar bizim nüvə obyektlərimizə hücum ediblər, lakin nüvə proqramımızı məhv edə bilməyiblər”.
News24.az xəbər verir ki, bu sözləri İranın Xari İşlər naziri Abbas Araqçı deyib.
“Onlar həmçinin raket obyektlərimizə də hücum ediblər, lakin raketlərin onlara qarşı buraxılmasının qarşısını ala bilməyiblər. Biz lazım olduğu qədər və nə qədər vaxt tələb olunarsa, raketlərlə onlara hücumları davam etdirməyə tam hazırıq”, - deyə nazir bildirib. /Clash report