Nyu-Yorkda dəhşətli hadisə: Küçə atışmasında 7 aylıq körpə həyatını itirdi

Nyu-Yorkda dəhşətli hadisə: Küçə atışmasında 7 aylıq körpə həyatını itirdi Dünya

Nyu-Yorkda 21 yaşlı gəncin küçədə silahdan açdığı atəş nəticəsində güllə uşaq arabasına dəyib.

News24.az xəbər verir ki, hadisə Bruklin rayonunda qeydə alınıb. Həmin şəxs münaqişə zamanı uşağın atasını hədəf alsa da, güllə hədəfdən yayınıb. Nəticədə arabada olan yeddi aylıq qız uşağı həyatını itirib, onun yanında olan iki yaşlı qardaşı isə xəsarət alıb.

Atışmadan sonra şübhəli və yanındakı şəxs hadisə yerindən uzaqlaşmağa çalışıblar. Lakin qaçarkən avtomobillə toqquşan şübhəli ayağını sındırıb və polis tərəfindən saxlanılıb. Cinayətin ikinci iştirakçısı isə Pensilvaniya ştatında ələ keçirilib. Polisin ilkin ehtimalına görə cinayət yerli küçə dəstələri arasındakı düşmənçilik zəminində baş verib. /New York Post