Nyu-Yorkda meymunçiçəyinə görə - fövqəladə vəziyyət elan olundu

Nyu-Yorkda meymunçiçəyinə görə - fövqəladə vəziyyət elan olundu Dünya
Nyu-York ştatında meymunçiçəyi xəstəliyinin kütləvi yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

News24.az  xarici mediaya istinadən xəbər verir ki,  bu barədə ABŞ dövlət administrasiyası məlumat yayıb.

Qubernator bildirib ki, ABŞ-dakı hər 4 yoluxmadan biri Nyu-Yorkda qeydə alınır.

Məlumata görə, Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb. Yoluxma sayına görə ikinci pillədə isə Kaliforniya ştatı yer alıb. Burada ümumilikdə 799 yoluxma aşkar olunub.