Nyu-Yorkun mərkəzində xaos: dava, bıçaqlanma, atəş səsləri

Nyu-Yorkun mərkəzində xaos: dava, bıçaqlanma, atəş səsləri Dünya

Nyu-Yorkda Tayms-Skver meydanında dava düşüb, ardınca atışma baş verib.

News24.az xəbər verir ki, hadisə "Nyu-York Niks" basketbol komandasının qələbəsi şərəfinə təşkil edilən parad zamanı yaşanıb.

Polisin məlumatına görə, meydana toplaşan çoxsaylı azarkeşlərdən bir neçəsi arasında mübahisə düşüb və qısa zamanda davaya çevrilib. İnsident zamanı 26 yaşlı kişi boğazından bıçaqlanıb. Daha sonra güllə açılıb, lakin xoşbəxtlikdən odlu silahdan yaralanan olmayıb.

Əraziyə gələn polislər silahı tapıb və müsadirə edib. İnsidenti törətməkdə şübhəli bilinənlərdən biri – 17 yaşlı şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir. (Bild)