Odessanın “ürəyinə” İran PUA-ları ilə hücum - Rusiya kimi cəzalandırır?
Dünya
İyulun 24-nə keçən gecə Rusiya hərbçiləri Odessa vilayətinə növbəti dəfə zərbə endirib. Rusiya silahlı qüvvələri vilayətə pilotsuz təyyarələrlə hücum edib.
News24.az xəbər verir ki, “Cənub” Əməliyyat Komandanlığının birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib ki, Rusiya silahlı qüvvələri Dunay limanı obyektlərinə edilən hücumda “Şahed” tipli pilotsuz uçuş aparatlarından istifadə edib. Məlumata görə, Dunayın liman infrastrukturu “Şahed-136” kamikadze PUA-larının dörd saatlıq hücumunun hədəfinə çevrilib.
Ukrayna hava hücumundan müdafiə qüvvələri üç pilotsuz təyyarəni vurmağa müvəffəq olub. Ukraynanın “Cənub” Könüllü Ordusunun sözçüsü Sergey Bratçuk bildirib ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri pilotsuz təyyarələrin bir hissəsini vurub. Hava hücumu 3 saat 53 dəqiqə davam edib.
Bratçuk qeyd edib ki, ruslar mülki hədəfləri və Ukrayna taxılını vurmaqda davam edir: “Ümid edirik ki, yaxın gələcəkdə təhlükəsizlik zəmanətləri ilə yeni formatda yeni “taxıl sazişi” yaranacaq.
Məlumata görə, 3 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Qeyd olunub ki, zərbələr nəticəsində limanlardan birində - taxılın saxlanıldığı kənd təsərrüfatı anqarı və daha bir neçə növ avtomobil çəni zədələnib. İstehsalat yerlərindən birində yanğın baş verib, yanğın dərhal söndürülüb. Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hücum zamanı limanın 6 əməkdaşı yaralanıb. 4 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Tarixi binalar da dağıdıldı
Ukraynaın UNİAN nəşri yazır ki, Rusiya müxtəlif tipli 19 raketlə Odessaya hücum edib. Ukrayna hərbçiləri onlardan 9-nu vura bilib: 4 “Kalibr” dəniz qanadlı raketi və 5 “İskəndər-K” quru qanadlı raketi.
Ruslar təkcə yaşayış binalarını deyil, həm də dövlət əhəmiyyətli binaları və tarixi abidələri də hədəf alıb. İyulun 23-nə keçən gecə Rusiya hərbçilərinin Odessanın mərkəzinə endirdikləri kütləvi raket zərbələri nəticəsində YUNESKO siyahısına daxil edilmiş tarixi tikililər də zərər görüb. Bir çox memarlıq abidələri və yaşayış binaları dağılıb. Transfiqurasiya kafedralına, Yunanıstan konsulluğunun binasına və digər əhəmiyyətli tikililərə ziyan dəyib.
Rusların gecə zərbələri nəticəsində 5 uşaq bağçası, onlarla avtomobil, 44-dən çox evin fasadları, dam örtüyü və pəncərələri zədələnib, onlardan 25-i 19-20-ci əsrlərə aid memarlıq abidələridir. PUA-larla vurulan hissə Odessanın “ürəyi” hesab olunur.
Hücum nəticəsində bir nəfər ölüb, dördü uşaq olmaqla 20-dən çox insan yaralanıb. Odessa vilayət hərbi idarəsi rusların Odessaya gecə hücumu nəticəsində yaralanan 7 nəfərin hazırda xəstəxanalarda olduğunu bildirib. Xəstəxanaya yerləşdirilənlər arasında bir uşağın vəziyyəti ağırdır.

Ruslar niyə Odessanı vurur?
Artıq beşinci gecədir ki, ruslar Odessanı müxtəlif tipli raketlər və pilotsuz uçuş aparatları ilə amansızcasına atəşə tuturlar. Bundan əvvəl də Rusiya Ukraynanın Qara dəniz limanı qurğularına hücum edib, Odessa vilayətindəki taxıl anbarlarına zərbələr endirmişdi. Eyni zamanda Ukraynanın xaricə taxıl ixracını davam etdirməsinə icazə verən BMT-nin vasitəçilik etdiyi sazişi uzatmaqdan imtina etdikdən sonra dağıntılara və xəsarətlərə səbəb olub. Ukrayna Energetika Nazirliyinin bir neçə gün öncə yaydığı məlumata görə, Odessa və Çernomorsk limanlarında taxıl terminalları və liman infrastrukturu hədəfə alınıb, Çernomorskda 60 min ton taxıl məhv edilib.
Bu gücə edilən PUA hücumu da onu deməyə əsas verir ki, məqsəd Ukrayna taxılıdır. Görünür, Rusiya limanlarda və anbarlardakı taxılı tamamilə məhv etməyi hədəf seçib. Buna görə də günlərdir hücum edilir və bunun davamlı olacağı da istisna edilmir.
Kremlin Ukraynanın Qara dənizdəki limanlarına gedən yük gəmilərinin potensial hərbi hədəf kimi qəbul ediləcəyini bildirməsindən bir neçə gün sonra, iyulun 21-də Rusiya donanmasının Qara dənizin şimal-qərbində canlı atəş təlimləri həyata keçirməsinə dair Müdafiə Nazirliyinin yaydığı məlumat da diqqət çəkir.
Ukrayna prezidenti Vladimir Zelenski də bildirib ki, Rusiya zərbələri Odessa bölgəsində Rusiya taxıl müqaviləsini uzatmaqdan imtina etdikdən sonra taxıl ixrac etmək üçün istifadə edilən əraziləri qəsdən hədəfə alıb. “Bu gün hücuma məruz qalan limanlarda təxminən bir milyon tona yaxın ərzaq saxlanılır. Məhz bu həcm çoxdan Afrika və Asiyanın istehlakçı ölkələrinə çatdırılmalı idi” – Ukrayna prezidenti qeyd edib.
Taxıl terminalının dağıdılması üçün Rusiya Qara dənizdəki gəmilərdən “Kalibr” tipli qanadlı raketləri atıb. Təkcə, iyulun 21-i gecə edilən hücumda - Odessa vilayətinin kənd təsərrüfatı müəssisələrindən birinin taxıl terminalı vurulzan zaman 100 ton noxud və 20 ton arpa məhv edilib.

Rusiyalı politoloq Sergey Markov bildirib ki, Moskvanın hədəfi silah anbarlarıdır.
“Bu gün bütün dünya telekanalları Rusiyanın öz zərbələri ilə Ukraynanın Dunaydakı bütün limanlarını dağıddığını bildirir. Hətta əvvəllər Odessa, Nikolaev və Çernomorsk limanları vurulub. Bu, “taxıl sazişi”nin Rusiyanın iştirakı olmadan həyata keçirilməsi imkanını arxa plana keçirir. Hamı bu barədə danışır. Lakin onların danışmadığı odur ki, bu zərbələr Ukraynanın cənubundan silahların çatdırılması imkanlarını kəskin şəkildə azaldıb. Və bu limanlarda olan çoxlu sayda silah anbarı məhv edilib. Bu, Rusiya ordusunda çoxdan gözlənilirdi. Və indi icra edilir. Odessaya hücumların hərbi məntiqi var. Bu zərbələr çox təsirli oldu, çoxlu sayda silah-sursat olan anbar məhv edildi.
Bu zərbələr Ukrayna üçün çox gözlənilməz oldu. Çünki Kiyevdə onlar əmin idilər ki, “taxıl sazişi” ləğv olunandan sonra Rusiya Qərbi razı salıb uzun müddət danışıqlar aparacaq və yalnız bundan sonra danışıqların heç bir fayda vermədiyinə əmin olaraq, bir neçə həftədən sonra limanlara ağır zərbə vuracaq. Buna görə də Kiyev “taxıl sazişi” adı altında limanlarda olan hərbi texnikanı dağıtmağa tələsmirdi. Amma Rusiya gözləmədi və danışıqlar istəmədi, dərhal hər gecə limanları geniş miqyasda vurmağa başladı. Nəticədə, Ukrayna Silahlı Qüvvələrinin limanlarda hərbi texnika itkiləri böyük oldu. Zelenski şokdadır. Vaşinqton və London şokdadır. Böyük ehtiyatlar məhv edildi. Ukrayna təsəlli üçün dronları Moskvaya göndərdi”, - S.Markov qeyd edib.
Akqabay Mıradov