Ölkədən qaçan Xalq artisti evini satışa çıxardı

Ölkədən qaçan Xalq artisti evini satışa çıxardı Dünya

Rusiyanın Xalq artisti Alla Puqaçova Moskvadakı yeganə mənzilini satışa çıxarıb.

News24.az xəbər verir ki, bu barədə müğənninin yaxın ətrafı məlumat yayıb. Sənətçinin tanışlarının bildirdiyinə görə, daşınmaz əmlakın satışı qapalı şəkildə həyata keçirilir və mənzili yalnız Puqaçovanın şəxsən tanıdığı şəxslər ala bilər. Satış elanının kütləvi informasiya vasitələrində və açıq platformalarda dərc olunmayacağı qeyd olunur.

Xalq artistinin satışa çıxardığı ev Moskvanın Arbat rayonunda, Filippovskiy xiyabanında yerləşir. Sözügedən mülk 303 kvadratmetr sahəsi olan beşotaqlı mənzildir. Rieltorlar bu daşınmaz əmlakın dəyərini təxminən yarım milyard rubl həcmində qiymətləndirirlər.

Məlumat üçün bildirək ki, bu mənzil Alla Puqaçovaya 2004-cü ildə keçmiş kürəkəni Ruslan Baysarov tərəfindən hədiyyə edilib.

Qeyd edək ki, Alla Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayan zaman ölkəni tərk edərək İsrailə köçüb.