Ölkədən qaçan Xalq artisti Kiprdə görüntüləndi - Video

Ölkədən qaçan Xalq artisti Kiprdə görüntüləndi - Video Dünya

Rusiyanın Xalq artisti 76 yaşlı müğənni Alla Puqaçova Kiprdə alış-veriş edən zaman görüntülənib.

News24.az xəbər verir ki, sözügedən görüntü sosial şəbəkədə yayılıb. İstifadəçilər videonu birmənalı qarşılamayıblar. Onlardan bəziləri video çəkən və sənətçi ilə ünsiyyətdə olan xanımı şanslı adlandırıb. Digərləri isə ifaçının Rusiyada mağazada yaxınına heç kimi buraxmadığını, ndi isə buna sevindiyini yazıblar.

Qeyd edək ki, Alla Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan bir müddət sonra ölkəsini tərk edərək öncə İsrailə, sonra isə Kiprə köçüb.