"Ölkənin idarəsində əvvəlki üsullar problemləri həll etmir"
Dünya
İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin idarə olunmasında əvvəlki üsullar artıq mövcud problemlərin həlli üçün kifayət etmir.
News24.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, əgər köhnə metodlar yetərli olsaydı, bir çox problem indiyədək həll edilmişdi.
Vilayət qubernatorları ilə görüşdə çıxış edən İran prezidenti vurğulayıb ki, ölkənin qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün yeni yanaşma və yaradıcı həll yollarına ehtiyac var.
“Biz ya yol tapacağıq, ya da yeni yol quracağıq”, – deyə o bildirib.