Oman körfəzində gərginlik: ABŞ 11 İran gəmisini məhv etdiyini açıqladı

Oman körfəzində gərginlik: ABŞ 11 İran gəmisini məhv etdiyini açıqladı Dünya

ABŞ Silahlı Qüvvələri İranla bağlı əməliyyat çərçivəsində Oman körfəzində 11 İran gəmisinin məhv edildiyini bəyan edib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bəyanatda deyilir:
“İki gün əvvəl İran rejiminin Oman körfəzində 11 gəmisi var idi, bu gün onların sayı sıfırdır. İran rejimi onilliklər ərzində Oman körfəzində beynəlxalq gəmiçiliyi təqib edib və hücumlara məruz qoyub. Bu günlər bitdi. Dəniz naviqasiyasının azadlığı 80 ildən çoxdur ki, ABŞ və qlobal iqtisadi rifahın əsas dayaqlarından biridir. ABŞ qüvvələri onu qorumağa davam edəcək”.

Hadisə ilə bağlı İran tərəfindən hələlik rəsmi açıqlama verilməyib.