Onillik plan və 100 günlük əməliyyat: 2040-cı ilə qədər Ukrayna necə dəyişəcək?

Onillik plan və 100 günlük əməliyyat: 2040-cı ilə qədər Ukrayna necə dəyişəcək? Dünya

ABŞ və Avropa İttifaqı atəşkəsdən sonra Ukraynaya kömək məqsədilə 800 milyard dollar dövlət və özəl investisiya cəlb etməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Məlumat 18 səhifəlik sənədə istinadən verilib. Sənəddə Ukraynanın bərpasını və Avropa İttifaqına üzvlük yolunu sürətləndirməyi təmin edəcək onillik plan əks olunub.

Məlumata görə, maliyyələşdirmə strategiyası 2040-cı ilə qədər nəzərdə tutulub və 100 günlük əməliyyat planını da əhatə edir. “Prosperity Plan” (“Rifah Planı”) ABŞ-nin 20 maddədən ibarət sülh təşəbbüsünün bir hissəsidir.