"Onlar Trampı məyus etdilər" – Livitt daha nələri açıqladı?

"Onlar Trampı məyus etdilər" – Livitt daha nələri açıqladı? Dünya

“Tramp bu müharibənin (Rusiya-Ukrayna – red.) hər iki tərəfindən son dərəcə məyusdur. O, sadəcə görüş naminə keçirilən görüşlərdən yorulub. Artıq danışıq istəmir, o, real addımlar görmək istəyir”.

News24.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

Livitt bildirib ki, ABŞ administrasiyası hazırkı vəziyyətin dəyişməsi üçün konkret nəticələr gözləyir və Trampın mövqeyi bundan sonra daha sərt xətlə ifadə olunacaq.

Qeyd edək ki, Tramp son çıxışlarında dəfələrlə proseslərin ləng getdiyini, tərəflərin isə məsuliyyəti üzərindən atdığını bildirib.