Onu ömürlük həbs cəzası gözləyir
Dünya
ABŞ-də çərşənbə günü baş verən silahlı insident zamanı iki Milli Qvardiya əməkdaşını yaralayan əfqanıstanlının ömürlük həbs cəzası ala biləcəyi bildirilir.
News24.az xəbər verir ki, bu barədə ABŞ baş prokuroru Pam Bondi açıqlama verib.
Bondi qeyd edib ki, yaralı hərbçilər artıq cərrahi əməliyyatdan keçirilib:
“Onların son durumuna dair əlavə məlumat paylaşmayacağam, lakin sağalmaları üçün dualarımız davam edir”, – deyə o bildirib.
Xatırladaq ki, ötən gün Ağ Evin yaxınlığında silahlı hücum olub. Nəticədə ABŞ Milli Qvardiyasının iki hərbçisi güllələnib.
ABŞ Prezidenti Donald Tramp hadisəni “terror aktı” kimi qiymətləndirib.
Bundan başqa, Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına əsasən, hücum edən şəxs 2021-ci ildə Əfqanıstandan ABŞ-yə gəlib.