OpenAI yeni nəsil "ChatGPT"ni istifadəyə verdi
Dünya
OpenAI yeni nəsil süni intellekt modeli GPT-5.2-ni rəsmən təqdim edib.
News24.az xəbər verir ki, şirkət modelin daha güclü məntiqi düşünmə, uzun mətnləri anlama və peşəkar tapşırıqları yerinə yetirmə qabiliyyətinin artırıldığını bildirib.
GPT-5.2 elektron cədvəllər, təqdimatlar, kodlaşdırma və çoxmərhələli tapşırıqlarda əvvəlki versiyalardan daha sürətli və dəqiq işlədiyi qeyd olunub. Model üç variantda - “Ani”, “Düşüncə” və “Pro” kimi təqdim edilir.
Yeni model artıq ChatGPT-nin ödənişli versiyalarında və API üzərindən tərtibatçılar üçün əlçatandır.