Orta məktəb şagirdi məktəb direktorunu güllələdi - Türkiyədə dəhşətli hadisə
Dünya
Türkiyənin Mersin əyalətində orta məktəbdə güllələnmə hadisəsi baş verib.
News24.az xəbər verir ki, Mersində yerləşən Rüştü Kazım Yücelen Orta Məktəbinin həyətində 12 yaşlı şagird məktəb direktoru Ender Karanı tüfənglə vurub. Hadisə nəticəsində 39 yaşlı direktor ağır yaralanıb.
Olay yerinə Təcili Tibbi Yardım Xidməti və polis əməkdaşları cəlb olunub. Yaralı direktor təcili yardım maşını ilə xəstəxanaya aparılıb, onun vəziyyətinin ağır olduğu bildirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şagird hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.