“Oskar” mükafatlı aktrisa 102 yaşında vəfat etdi
Dünya
“Limanın kənarında” filmi ilə “Oskar” mükafatı qazanan amerikalı aktrisa Eva Mari Sent 102 yaşında vəfat edib.
News24.az xəbər verir ki, aktrisa Los-Ancelesdəki evində, ailəsi və yaxınlarının əhatəsində təbii səbəblərdən dünyasını dəyişib.
Eva Mari Sent 1954-cü ildə rejissor Elia Kazanın “Limanın kənarında” dramında Edi Doyl obrazını canlandıraraq kinoda debüt edib.
Onun filmdəki tərəf müqabili Marlon Brando olub.
1955-ci ildə aktrisa “Ən yaxşı ikinci dərəcəli qadın rolu” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
O, Alfred Hiçkokun Keri Qrantla birlikdə çəkildiyi “Şimal-qərbə doğru” trillerindəki rolu ilə də böyük şöhrət qazanıb.
Aktrisanın digər məşhur filmləri arasında “Çıxış”, “Qran-pri” və “Supermenin qayıdışı” yer alır.