Övladlığa götürdükləri uşaqlara - İŞGƏNCƏ VERDİLƏR
Dünya
Rostov vilayətinin Salski rayon məhkəməsi övladlığa götürülmüş beş uşağa qarşı zorakılıq edən ər-arvadın hər birini beş il yarım müddətinə azadlıqdan məhrum edib.
News24.az xəbər verir ki, faktla bağlı işgəncə və yetkinlik yaşına çatmayanların tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməmə maddələri ilə cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, cütlük uşaqları sistematik şəkildə döyüb, onlara xəbərsiz yemək yeməyi və şəxsi gigiyena qaydalarına riayət etməyi, həmçinin çarpayıda yatmağı qadağan edib.
Təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli koloniyada çəkəcəklər.
Qeyd edək ki, hökm hələ qanuni qüvvəyə minməyib.
Məryəm İlhamqızı