"Çox qeyri-rəsmidir" – Rubio rəsmi yazılarla bağlı qərar verdi
Dünya
ABŞ dövlət katibi Marko Rubio diplomatik yazışmalarda istifadə olunan “Calibri” şriftini ləğv edərək diplomatları yenidən ənənəvi “Times New Roman” şriftinə keçməyə məcbur edib.
News24.az xəbər verir ki, Dövlət Departamenti 2023-cü ildə “Calibri”yə keçib. Bu şrift disleksiya və görmə problemləri olan insanlar üçün daha əlverişli hesab edilirdi.
Lakin Rubio hesab edir ki, bu şrift rəsmi sənədlərin keyfiyyətini pisləşdirib. Onun fikrincə, “Calibri” çox qeyri-rəsmi görünür. İndi isə bütün diplomatik yazışmalar “Times New Roman 14” şriftində aparılmalıdır.