Özcan Deniz və daha 18 nəfər narkotikə görə saxlanıldı
Dünya
Türkiyənin İstanbul şəhərində narkotik və fahişəliklə bağlı aparılan istintaq çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.
News24.az xəbər verir ki, əməliyyat zamanı müğənni Özcan Deniz, aktrisalar Deniz Çakır və Burcu Özberk də daxil olmaqla 19 nəfər saxlanılıb.
İstanbul Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində ümumilikdə 35 nəfər barəsində saxlanılma qərarı verilib. Onların arasında rejissor Cem Karcı və təşkilatçı Erdal Bozkuş da var.
Araşdırma fahişəlik, narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, istifadəsi və saxlanılması ilə bağlıdır.
İstintaq çərçivəsində şübhəlilərin və şahidlərin ifadələri, gizli şahidlərin məlumatları, həmçinin müsadirə edilmiş mobil telefonlar və digər rəqəmsal materialların ekspertiza nəticələri araşdırılıb.
Saxlanılan 19 nəfərin arasında Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Saghar Shojaei, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayan, Seher Grothe Sevdişan və Murat Başoğlu yer alır.
Baş Prokurorluqdan bildirilib ki, istintaq əldə edilən sübutlar və ekspertiza rəyləri əsasında davam etdirilir.