Pakistan-Əfqanıstan arasında gərginlik: 400 nəfər həlak oldu

Pakistan-Əfqanıstan arasında gərginlik: 400 nəfər həlak oldu Dünya

Pakistan ilə Əfqanıstan arasında gərginlik artıb.

News24.az xəbər verir ki, Əfqanıstan tərəfinin açıqlamasına görə, Pakistandan Əfqanıstanın narkotik asılılığının müalicəsi ilə məşğul olan “Omid” xəstəxanasına hava zərbəsi endirilib. Hücum nəticəsində azı 400 nəfərin həlak olduğu bildirilib. Rəsmi Kabul bu hadisəni “qırğın” kimi qiymətləndirib.

Əfqanıstan hökumətinin rəsmisi Həmdullah Fitrət yazılı açıqlamasında bildirib ki, hücum yerli vaxtla saat 21:00 radələrində baş verib və nəticədə xəstəxananın böyük hissəsi tamamilə dağıdılıb.