Pakistan-Əfqanıstan sərhədində ölüm-dirim qarşıdurması: Hər iki tərəfdə yüzlərlə itki
Dünya
Pakistan və Əfqanıstan sərhədində bu səhər rəsmi olaraq başlanan hərbi qarşıdurma intensiv şəkildə davam edir.
News24.az xəbər verir ki, gecə saatlarından etibarən qarşılıqlı bombardmanlar və hücumlar hər iki tərəfdə ciddi itkilərə səbəb olub. Eyni zamanda mülki əhali arasında da tələfat artıb.
Pakistanın informasiya naziri Attaullah Tarar əməliyyatlar nəticəsində Əfqanıstan tərəfində 133 nəfərin öldüyünü və 200-dən çox şəxsin yaralandığını açıqlayıb. Əfqanıstan hökuməti isə öz məlumatına görə, 55 Pakistan hərbçisinin həlak olduğunu bildirir. Pakistan Müdafiə Nazirliyi əməliyyatları “açıq müharibə mərhələsi” olaraq qiymətləndirib və “səbrin tükəndiyini” vurğulayıb.
Gərginlik fonunda ritorika da sərtləşib. Taliban hərəkatının komandirlərindən biri Əfqanıstan dövlət televiziyasında canlı yayım zamanı Pakistanı açıq şəkildə hədələyib.