Pakistan viza rüsumlarını ləğv etdi
Dünya
Azərbaycan və 125 digər ölkə Pakistana səfər etmək üçün pulsuz viza ala bilər.
News24.az "Report"-a istinadla xəbər verir ki, bu barədə "Visanews" məlumat yayıb.
Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, Azərbaycan da daxil olmaqla, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək.
Qeyd edilib ki, bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat ərzində həm turizm, həm də işgüzar məqsədlər üçün pulsuz veriləcək.