Paltarların içindən uşaq cəsədi tapıldı

Paltarların içindən uşaq cəsədi tapıldı Dünya

ABŞ-ın Luiziana ştatında yerləşən çamaşırxana əməkdaşları yuyulmaq üçün göndərilən paltarların arasında yeni doğulmuş körpə cəsədi tapıblar.

News24.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

İşçilər məsələ ilə bağlı 27 mayda polisə müraciət ediblər. 

Polis araşdırma apararaq müəyyən edib ki, həmin paltarlar Dallasta yerləşən bir dəfn evindən göndərilib. 

Məlum olub ki, çamaşırxananın əməkdaşları tərəfindən tapılan körpə 3 mayda vəfat edib. Onun dəfni 17 maya təyin olunub. Dəfn mərasimindən əvvəl cəsəd kremasiyaya (yandırılmaya) göndərilməli idi, lakin səhvən paltar partiyası ilə birlikdə Şrivporta yollanıb.

Hüquq-mühafizə orqanları hadisənin dəfn evinin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verdiyini ehtimal edir.

Günel Məlikzadə