Papa Fransiskin vəsiyyəti məlum oldu
Dünya
Vatikan dünən 88 yaşında vəfat edən Papa Fransiskin ölüm səbəbini və vəsiyyətini açıqlayıb.
Vatikan Dövlətinin Sağlamlıq və Gigiyena Birliyinin direktoru, professor Andrea Arcangelinin imzaladığı ölüm hesabatına görə, Papa dünən səhər yerli vaxtla saat 07.35-də Vatikanın Santa Marta Qonaqxanasındakı mənzilində vəfat edib.
News24.az xəbər verir ki, Papa Fransiskin ölümünə insult, koma və geri dönməz ürək çatışmazlığı səbəb olduğu bildirilir.
Bundan əlavə, Papanın daha əvvəl kəskin tənəffüs çatışmazlığı, polimikroblu ikitərəfli pnevmoniya, yüksək təzyiq və söz mövzusu vəziyyətlə müşayiət olunan diabet kimi xəstəlikləri olduğu ifadə edildi.
Vatikandan edilən başqa bir açıqlamada isə Papa Fransiskin vəsiyyəti paylaşılıb.
Papanın vəsiyyətnaməsində onun Romadakı Müqəddəs Məryəm Maggiore Bazilikasında dəfn olunmaq istədiyi, hər xarici səfərindən əvvəl və sonra oraya gedib təkbətək dua edəcəyi bildirlib.
Papa Fransisk məzarının yerdə, düz və xüsusi bəzəksiz, üzərində yalnız "Fransisk" yazısı ilə olmasını istədiyini bildirib.
Digər tərəfdən, İtaliya Mədəniyyət Nazirliyi, Papa Fransiski anmaq üçün Romanın simvolu Kolizeyinin işıqlarını söndürdüyünü açıqlayıb.
Günel Məlikzadə