Papadan Qəzzaya növbəti atəşkəs çağırışı
Dünya
Papa, katoliklərin hər il avqustun 15-də qeyd etdiyi Hz. Məryəmin fərz edilməsi bayramı münasibətilə ənənəvi duasını Vatikanda Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən edib.
News24.az xəbər verir ki, Papa duadan sonra çıxışında Ukrayna, Yaxın Şərq, Fələstin, İsrail, Sudan və Myanmanı düşündüyünü bildirib.
Yaxın Şərqdəki hadisələrə də toxunan Papa, "Qəzzadaki humanitar vəziyyəti narahatlıqla izləməyə davam edirəm. Bir daha bütün cəbhələrdə atəşin dayandırılmasını, girovların azad edilməsini, taqətdən düşmüş insanlara yardım edilməsini tələb edirəm. Mən hər kəsi münaqişənin genişlənməsinin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırıram. Unutmayaq ki, müharibə məğlubiyyətdir", - deyib.
Papa çıxışının son hissəsində Yunanıstanda baş verən meşə yanğınlarından zərər çəkənlərə də dua etdiyini bildirib.
Məryəm İlhamqızı