Parisdə qalmaqal: tarixi abidəyə hücum oldu
Dünya
Parisdə Fransa milli qəhrəmanı Jan Darkın heykəlindən qılınc oğurlanıb.
News24.az xəbər verir ki, hadisə Sent-Ogüsten meydanında baş verib. Naməlum şəxs Fransa tarixində xüsusi yeri olan Jan Darka həsr edilmiş abidəyə zərər vurub.
Polisin məlumatına görə, kişi səhər saatlarında heykəlin üzərinə çıxaraq qılıncı sındırıb və onu götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib. Şübhəli şəxs Sen-Lazar vağzalının yaxınlığında saxlanılıb.
Hazırda o, nəzarət altındadır. Hadisənin motivləri araşdırılır.