Parisdə tarixi bina yandı - VİDEO

Parisdə tarixi bina yandı - VİDEO Dünya

Parisin 12-ci rayonunda meriya binasında güclü yanğın baş verib. 

News24.az Söz.az-a istinadla xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Hadisə zamanı xəsarət alan olmayıb. 

Yanğının söndürülməsinə 150 yanğınsöndürən və 60 ədəd xüsusi texnika cəlb olunub.

Meriyanın zəng qülləsi tamamilə yanıb. Binanın uçmaq təhlükəsi var.